“Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı
10dek
GÜNDƏM / MARAQLI

“Boeing 737 Max”lar kommersiya uçuşlarına qaytarıldı

İlyarımdır dünya miqyasında müntəzəm daşımalarda istifadə edilməyən “Boeing 737 Max” təyyarələri dünən kommersiya uçuşlarında yenidən istifadə olunmağa başlayıb.

"HolidayNEWS" AP-yə istinadən xəbər verir ki, Braziliyanın ən böyük hava yolu şirkəti “Gol”a məxsus “Max” təyyarəsi San Paolodan qalxaraq ölkənin cənubundakı Porto Aleqre şəhərində yerə enib.
Şirkətə məxsus yeddi ədəd “Boeing 737 Max”ın ölkədaxili xətlərdə istifadə olunacağı bildirilir.
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində İndoneziyada, 10 mart 2019-cu il tarixində isə Efiopiyada baş vermiş böyük qəzalar nəticəsində çoxlu insan tələfatdan sonra “Boeing 737 Max” tipli təyyarələrin müntəzəm xətlərdə istifadəsi əksər ölkələrdə dayandırılmışdı.
HolidayNEWS