Misir ölkəyə səfər edənlərə “təhlükəsiz turizm dəhlizləri” təklif edəcək
18yan
GÜNDƏM / SƏYAHƏT

Misir ölkəyə səfər edənlərə “təhlükəsiz turizm dəhlizləri” təklif edəcək

Misir turizm sənayesinin bərpasını sürətləndirmək üçün “təhlükəsiz turizm dəhlizləri” açmağa hazırlaşır.

"HolidayNEWS" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin turizm naziri Xalid Əl-Anani bildirib.
Onun sözlərinə görə, ölkədə turizm sektorunun bərpası tədricən olacaq. Nazir qeyd edib ki, bu proses 2021-ci ilin mart-aprel aylarında başlayacaq.
Məmurun sözlərinə görə, hazırda əsas vəzifə beynəlxalq turizm şirkətlərinə və səyahətçilərə pandemiya zamanı Misirin təhlükəsiz yer olduğu barədə məlumat verməkdir.

HolidayNEWS