ICAO: Koronavirusa qarşı vaksinləşmə ilə bağlı sertifikat tələb edilə bilər
25yan
GÜNDƏM / AGENTLƏR

ICAO: Koronavirusa qarşı vaksinləşmə ilə bağlı sertifikat tələb edilə bilər

“COVID-19-un son dalğası ilə mübarizə turizm sənayesində vəziyyəti ağırlaşdırır”.

"HolidayNEWS" "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Turizm Təşkilatının "(UNWTO) Qlobal Turizm Böhran Komitəsinin VIII onlayn iclasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Fang Liu deyib.
O bildirib ki, pandemiya səyahət və turizm, aviasiya sahəsinə ağır təsir edib.
F.Liu dünyanın hələ də məhdud miqdarda peyvənd tədarükünü nəzərə alaraq yaxın müddətdə turizm sektorunda canlanma ilə bağlı ümidlər az olduğunu vurğulayıb.
O deyib ki, yaxın gələcəkdə koronavirus vaksini ilə bağlı müvafiq sertifikatlaşdırma tələb edilə bilər: “Lakin test nəticələrinin beynəlxalq səviyyədə qəbul edilməsi əsas prioritet olmalıdır”.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibi COVID-19 test nəticələrinin və peyvənd sertifikatlarının vaxtında və etibarlı şəkildə təqdim edilməsini tövsiyə edir, bu da səyahətçilərin işini asanlaşdırmağa kömək edəcəyini vurğulayır.
O, test nəticələrinin və peyvənd sertifikatlarının qəbuluna dair beynəlxalq razılığın əldə edilməsi qlobal bir hədəf olaraq qaldığını və beynəlxalq səyahət və turizmin bərpası üçün ən yaxşı yol olduğunu bildirib.
HolidayNEWS