ABŞ-a səfər etmək istəyənlərin nəzərinə!
26yan
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

ABŞ-a səfər etmək istəyənlərin nəzərinə!

ABŞ hökuməti ölkə ərazisinə daxil olan bütün şəxslərdən koronavirus (COVID-19) testinin nəticəsinin "Mənfi" olması ilə bağlı arayış və yaxud bu xəstəliyə yoluxub sağalmaqla bağlı sertifikat tələb edəcək.

"HolidayNEWS" "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, qərar təkcə xarici ölkə deyil, həm də ABŞ vətəndaşlarına aiddir.
Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 100 milyonu, bu virusdan vəfat edənlərin sayı isə 2 milyonu ötüb.
HolidayNEWS