Dubaya birbaşa uçuşlar başladı
14iyl
GÜNDƏM / HAVAYOLLARI

Dubaya birbaşa uçuşlar başladı

Bu gündən etibarən “FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb. 

Heydər Əliyev Beynəlxalq Aeroportundan “HolidayNEWS”ya daxil olan məlumata görə, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi saytından əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.
Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:
- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;
- turizm vizası olan sərnişinlər;
- BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.
Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər. Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. 
HolidayNEWS