Dubay qapılarını turistlərin üzünə açır
29apr
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / OTELLƏR / AGENTLƏR

Dubay qapılarını turistlərin üzünə açır

Dubay hökuməti iyul ayının əvvəllərindən etibarən qapılarını turistlərin üzünə açmağa hazırlaşır.

Bu barədə “RİA Novosti” xəbər yayıb.
O da vurğulanıb ki, proses tədricən gedəcək və qlobal tendensiyalardan asılı olaraq sentyabr ayına qədər təxirə salına bilər.
Xatırladaq ki, Dubayda koronavirus epidemiyası ilə əlaqədar bir aydır bağlı olan ticarət mərkəzləri bazar günündən etibarən açılıb.
Son məlumatlara görə, BƏƏ-də 11 380 nəfər koronavirusa yoluxub. Onlardan 2 181 nəfəri sağalıb, 89 nəfəri isə ölüb.


HolidayNews