Aviabilet alanlar Mərkəzi Gömrük Hospitalında COVID-19 testi verə bilərlər
25avq
GÜNDƏM / SƏYAHƏT

Aviabilet alanlar Mərkəzi Gömrük Hospitalında COVID-19 testi verə bilərlər

Aviabileti olan sərnişinlər artıq Mərkəzi Gömrük Hospitalında da yeni növ koronavirus (COVID-19) testindən keçə bilərlər.
Bu barədə "HolidayNEWS"-a Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, PCR laboratoriyası aviabileti olan sərnişinlərə yeni növ koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərir.
PCR testinin verilməsi üçün sərnişinlərin əvvəlcədən Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) zəng vuraraq qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyatdan keçən sərnişinlər Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsini təqdim etməklə uçuşdan 48 saat əvvəl PCR testindən keçə bilərlər.
PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur.
Eyni zamanda, PCR laboratoriyası səyyar xidmət də göstərir. Pasiyentin ünvanına gələrək ondan koronavirus (COVID-19) testi üçün nümunə götürülür. Daha test vermək üçün sərnişinin Hospitala gəlməsinə ehtiyac qalmır.
Qaydalara uyğun olaraq yalnız test nəticəsi neqativ olan sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlara buraxılır. Test nəticəsi ingilis dilində də təqdim oluna bilər.
Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

HolidayNEWS