Türk otelçi: «İcazə olsa, işə başlamağa hazırıq
04may
GÜNDƏM / OTELLƏR / AGENTLƏR

Türk otelçi: «İcazə olsa, işə başlamağa hazırıq - AMMA QAYDALAR DƏYİŞƏCƏK»

Türkiyə otelləri yeni mövsümə başlamağa hazır olsalar da, koronavirus pandemiyası ilə bağlı Türkiyə Turizm nazirliyinin qərarını gözləyirlər. 

Turizmnews.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur  Antalya kurortunun Bələkdəki «Calista Hotel»in bazarlama mudiri Gursel Karabey bildirib.
O bildirib ki, uçuşlar dayandığına görə, 25 martdan bəri Antalyadakı otellərin 99%-i bağlıdır, indi otellər mövsümün başlanmasını gözləyirlər: “Sonu bilinməyən bir dövrdür. Mövsümün nə vaxt başlayacağı bilinmir. Bu virusun yayılmasından asılı olacaq, Türkiyədə son bir həftədir açıqlanan məlumatlara görə, xəstə və ölüm sayları azalır, bu yaxşı xəbərdir və başqa ölkələrdə də baş verir”.
G.Karabey bildirib ki, otel hər an işə düşməyə hazırdır: «Biz otelimizi hər an açmağa hazırıq, desələr sabah açın işləməyə hazırıq. Amma bunun üçün adamlar evlərindən çıxa bilməlirdər. İndiki proqnozlara görə, mayın sonundan etibarən indiki tədbirlərin azalacağını, bəzi ölkələrlə təyyarə uçuşlarına və ölkə daxili uçuşların başlayacağın gözləyirik».
Qeyd edək ki, bəzi məlumatara görə, otellər ilk vaxtlarda tam gücü ilə işləməyəcək. Otel nümaynədəsi bu arədə bildirib ki, bununla bağlı məlumatdar çox yayılır, amma ən dəqiq məlumat Turizm nazirliyinin açıqlaması olacaq: «Nazirlik işləyir, təkcə otellər deyil, turizm operatorları ilə işləyir. Biz də otellər olaraq gözləyirik».
İş adamının sözlərindən məlum olur ki, otellərlə ayrıca icazə veriləcək: «Otellərə təhlükəsizliklə bağlı sertifikatlar veriləcək. Onu alanlar işləyə biləcək.
Tur operatorlarına da ölkəyə gətirilən turistlərlə bağlı təlimatlar veriləcək. Bununla bağlı da standartlar olacaq -  təyyarə, transferlər və sair».
«Otel və təyyarə qiymətləri arta bilər»
Otel nümayəndəsi bildirir ki, mövsümün yarıdan başlaması Türkiyədə otellərin qiymət artımı ilə nəticələnməyəcək: «Dəqiq bir şey söyləmək çətindir. Amma təbii ki, bu tədbirlərə görə, turoperatorların, təyyarə şirkətlərinin və otellərin xərcləri artacaq. İlk mərhələdə əlbəttə sıxlıq olacaq. Amma bunun qiymətlərə necə təsir edəcəyini işə başlayanda biləcəyik. Özüm təxmin edirəm ki, otelərdə ciddi artım olmayacaq, amma uçuşlarda alınan tədbirlərə görə qiymət artımı ola bilər. Yenə də dəqiq vəziyyəti bilmək üçün mayın sonunu gözləmək lazımdır».
Erkən rezervasiyalar üçün ödənişlərin taleyi necə olacaq?
Hazırda turizm spektorunda əsas problemlərdən biri erkən  rezervasiyalar üçün ödənişlərin taleyidir. Bəzi müştərilər pandemiyadan əvvəl səyahət ödənişləri etdiyi halda bu səyahət aş tutmayıb, amma ödənişi də geri almaq problemə çevrilib. Tur operatorlar vəsaitləri geri qaytara bilmir. 
Türkiyəli mütəxəssis bildirir ki, bu halda hər tərəfin vəziyyətini nəzərə almaq lazımdır: «Biz bu gəmidə tək deyilik, gəmidə otellər, tur opertorlar, «inkaminq» səfərlə məşğul olar firmalar, qonaqlar və hamımız varıq. İnsanların hər zaman tətilə, otellərə və təyyarələrə ehtiycı olacaq. Ümumilikdə turizm sektoru 60 sahəni dəstəkləyir». 
Ekspert bildirir ki, ilkin rezervasiyalarla bağlı otellərə ödəmələr edilsə də, may-iyun aylarınadək təyyarələr  uçmayacaq: «Çünki təyyarələrin də pulları ödənilib, amma onlar da bilet pulunu qaytarmırlar. Turistlərə məsləhətimiz və tövsiyəmiz odur ki, səyahəti başqa tarixlərə çevirsinlər, vaxtlarını itirməsinlər. Çünki turistlər otellərə ödəniş ediblər. Öz növbəsində otellər də başqa sahələrə ödəniş edib mövsümə hazırlaşıblar. Qonaq gəlməsə də, çünki otellər mal aldıqları firmalardan pullarını geri ala bilməzlər. Tur  operatorlar qonaqlara səyahəti başqa tarixə, ya da 2021-ci ilə keçirməyi məsləhət görürlər. Ona görə də hamı birgə hərəkət etməli və probelmi birlikdə həll etməliyik».
«Hər şey daxil» sistemi ləğv ediləcəkmi?
Bu dövrlərdə Turüiyənin uzun illərdir çalışdığı «hər şey daxil» sistemindən çıxacağı ilə bağlı məlumatlar dolaşır. Bu baş verə bilərmi, yəni Türkiyə otellərində vərdiş etdiyimiz açıq bufet ləğv olunpa bilərmi? 
Türkiyəli otelçi bildirir ki, Türkiyə artıq 22-23 ildir ki, bu sistemlə işləyir və bu sahədə xidməti ən yüksək səviyəyə çatdırıb, ona görə də, bu sistemdən bir anda çıxmaq mümkün deyil: «Biz dünyada «hər şey daxil» konsepti ilə ciddi bir sistemə gəldik. Bu sistemdən bir anda vaz keçib çıxmaq kimi şans yoxdur. Bütün otellər də bu sistemə uyğun layihələnib və tikilib».
Əksinə, «daha çox şey daxil» olacaq
G.Karabey bildirib ki, əksinə, bəzi sahələrdə servis çeşidinin daha da artırılması gözləniir: «Amma sistemin daxilində bəzi dəyişikliklər olacaq, açıq bufetlərdəki servis sistemi dəyişəcək. Bəzi sahələrdə qonaqların özlərinə qulluq deyil, personalla servis verilməsinə keçirik. Yəni burada insanları öz yeməklərini almaqlarından daha çox otel personalının qonaqların boşqablarına yemək gətirəcəkləri formasını hazılayırıq. Ona görə də «hər şey daxil» sistemi davam edəcək. Hətta mən deyərdim, «daha çox şey daxil» olacaq.



HolidayNews