Gürcüstanın turizm gəlirləri 78% azalıb
10sen
GÜNDƏM / AGENTLƏR

Gürcüstanın turizm gəlirləri 78% azalıb

Bu ilin 8 ayında Gürcüstanın turizmdən əldə etdiyi gəlirlərdə illik müqayisədə 78% azalma qeydə alınıb.

HolidayNEWS”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.
O, itkilərin həcminin 1,8 milyard ABŞ dollarına yaxın olduğunu deyib.
Nazir müavini qeyd edib ki, pandemiya ölkə iqtisadiyyatının ən çox turizm sektoruna ziyan vurub. HolidayNEWS