Rayonlara qrup turlarının təşkilinə icazə verilir? - AÇIQLAMA
11sen
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Rayonlara qrup turlarının təşkilinə icazə verilir? - AÇIQLAMA

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan rayonlara gediş-gəliş açılsa da, turistlər üçün rayonlara qrup turlarının təşkilinə icazə verilmir.
Bunu turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, insanlar rayonlara səyahət məqsədilə getmək istəyirlərsə, fərdi qaydada hotelləri bronlayaraq səfər edə bilərlər: 
“Lakin qrup turlarının təşkilinə yol verilmir. Hazırda bu məsələ də müəyyən şərtlər daxilində təşkili məsələsi müzakirə edilir. Fikrimcə, bu məsələ ilə bağlı yaxın günlər ərzində qərar verilə bilər”.
F.Hacıyev əlavə edib ki, qrup turlarının qiymətləri sərfəli olduğundan hazırda insanların əksəriyyətindən gələn təkliflər belə turların təşkili ilə bağlıdır:
“İnsanlar əvvəlki kimi qrup turlarına qoşulmaq istəyirlər. Amma bu məsələ ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında operativ qərargahın səlahiyyətindədir. Dövlət Turizm Agentliyi pandemiya dövründə turizm xidmətlərinin təşkili ilə bağlı bütün şərtləri bəyan edib. Məsələn, sərnişin daşımaya icazə verilərsə, qrup turu avtobuslarında ümumi tutumun yarısı qədər qonaq aparmaq mümkün olacaq. Bitişik iki oturacaqda bir nəfər əyləşə biləcək. Bu, indiki dövrdə daha təhlükəsiz səyahət deməkdir”.HolidayNEWS