UNWTO: Əksər ölkələr səyahət məhdudiyyətlərini yumşaldıb
11sen
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

UNWTO: Əksər ölkələr səyahət məhdudiyyətlərini yumşaldıb

Hazırda 115 ölkə koronavirusla bağlı səyahətlərə dair tətbiq etdikləri məhdudiyyətləri yumşaldıb.
HolidayNEWS” xəbər verir ki, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) açıqlamasına görə iki ölkədə səyahətlərlə bağlı bütün məhdudiyyətləri ləğv edilib: “Məhdudiyyətlərin ləğv edildiyi istiqamətlərdə əsasən sanitariya-gigiena infrastrukturu yüksək və ya çox yüksək səviyyədə, COVID-19-a yoluxma səviyyəsi isə nisbətən azdır”.
Təşkilatın açıqlamasına görə səyahət məhdudiyyətləri inkişaf etmiş ölkələrin 79 faizində, inkişaf edən ölkələrin isə 47 faizində tədricən ləğv edilir. Həmçinin bu cür məhdudiyyətlərin hələ də qaldığı istiqamətlərin 64 faizi bütövlükdə hava nəqliyyatından asılıdır, yəni əcnəbi turistlərin 70 faizi həmin yerlərə təyyarə ilə gəlir.
Bununla yanaşı 93 ölkənin sərhədləri hələ də əcnəbilərin üzünə tam bağlıdır: “O cümlədən 27 istiqamət azı 30 həftəlik müddətə bağlanıb”.HolidayNEWS