London aeroportunda qadın sərnişin xeyli miqdarda nağd pulla saxlanıldı
14okt
GÜNDƏM

London aeroportunda qadın sərnişin xeyli miqdarda nağd pulla saxlanıldı

London polisi və Hitrou aeroportunun gömrük xidməti 30 yaşlı britaniyalı qadını Dubaya uçan təyyarəyə minməzdən qabaq saxlayıblar.
“Komsomolskaya pravda” xəbər verir ki, saxlanılan Tara Henlonun çantasında xeyli miqdarda nağd pul tapılıb. Aşkar edilən funt-sterlinqlərin ABŞ dollarında ekvivalenti təqribən 2,5 milyon dollar təşkil edir. Polis qadının çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qruplaşma ilə əlaqəsinin olmasından şübhələnir.
Bildirilir ki, bu, 2020-ci ildə Böyük Britaniyada müsadirə edilmiş ən böyük nağd məbləğdir. T.Henlona qarşı çirkli pulların yuyulmasında və pulları xaricə qanunsuz çıxarmağa cəhddə ittiham irəli sürülüb. O noyabrın əvvəlində məhkəmə qarşısına çıxacaq.
HolidayNEWS