Pekin sakinləri pilotsuz taksilərdə pulsuz gəzəcəklər
14okt
GÜNDƏM / MARAQLI

Pekin sakinləri pilotsuz taksilərdə pulsuz gəzəcəklər

Çinin internet nəhəngi “Baidu” Pekində pilotsuz taksilərdə pulsuz test gəzintilərinə start verib.
Bu barədə “HolidayNEWS” “Sinhua” agentliyinə istinadən xəbər verir.
Şirkətdən verilən məlumata görə, hər gün şəhərin bəzi yerlərində müəyyən edilmiş dayanacaqlarda saat 10:00-dan 16:00-dək mövcud olacaq pilot xidmət noyabrın 6-dək davam edəcək.
Xidmətdən avtomobildə olan və səyahətin təhlükəsizliyini izləyən əməkdaşın müşayiəti ilə 18-60 yaş arası sərnişinlər istifadə edilə bilər. “Baidu” şirkətinin bölməsi olan və pilotsuz uçuşlara görə cavabdehlik daşıyan “Baidu Apollo” sürücüsüz idarəetmə sınaqları üzrə 150-dən çox lisenziya, eləcə də intellektual sürücülük üzrə 1 800 qlobal patent sahibidir. Yol sınaqları zamanı onun avtomobilləri 6 milyon km-dən çox məsafə qət edib və 100 mindən çox insanı təhlükəsiz şəkildə nəql ediblər.
HolidayNEWS