BƏƏ təyyarələri ilk dəfə İsrailin hava məkanında
15okt
GÜNDƏM / HAVAYOLLARI

BƏƏ təyyarələri ilk dəfə İsrailin hava məkanında

İsrail Nəqliyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways”ə məxsus təyyarəsinin ilk dəfə İsrail hava məkanından istifadə etdiyini açıqlayıb.
Bu barədə İsrail Nəqliyyat naziri Miri Regev “Twitter” hesabında qeyd edib ki, “İsrail səmasında tarixi hadisə:
“Etihad” şirkətinə məxsus təyyarənin Milandan Əbu-Dabiyə uçuşu bu dəqiqələrdə (İsrail) Nəqliyyat Nazirliyinin aviasiya orqanı ilə razılaşdırılaraq ilk dəfə baş verir”.
Regev bu hadisəni İsraillə BƏƏ arasında normallaşma müqaviləsinin bəhrələrindən biri hesab edib.
İsrail mediasında yer alan xəbərlərə görə, İsrail ilə BƏƏ arasında birbaşa ticarət aviasiya xəttinin 2021-ci ilin ilk aylarında istifadəyə verilməsi gözlənilir.
HolidayNEWS