Everestin yeni hündürlüyü müəyyən olundu
09dek
GÜNDƏM / MARAQLI / AGENTLƏR

Everestin yeni hündürlüyü müəyyən olundu

Nepal və Çinin xarici işlər nazirləri ortaq bir mərasimdə Everestin yeni zirvəsini elan ediblər.

Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə ölkələr üç il əvvəl Comolunqma dağının hündürlüyünü birlikdə ölçmək barədə razılığa gəliblər. İki ölkənin tədqiqat şöbələrinin məlumatlarına əsasən, Comolunqma dağının yeni hündürlüyünü 8848.86 metr elan olunub.
Everestin birgə ölçülməsi barədə razılaşma ÇXR sədri Si Tszinpinin keçən il Nepala səfəri zamanı əldə edilib. Yeni bir ölçmə ehtiyacı bir sıra alimlərin 2015-ci ildə baş verən dəhşətli zəlzələ səbəbiylə dağın hündürlüyünün azala biləcəyi ilə bağlı irəli sürdükləri iddiadan sonra ortaya çıxmışdı.
Xatırladaq ki, 2015-ci ilin aprel ayında Nepalda 7.9 bal gücündə zəlzələ baş verdi. Növbəti gün Nepal bir sıra yeraltı təkanlara məruz qaldı və təxminən iki həftə sonra ölkədə 7.3 bal gücündə yeni bir zəlzələ oldu. İki təbii fəlakət nəticəsində ümumilikdə təxminən doqquz min insan həlak olub, 22 mindən çox insan yaralanıb.
2015-ci ildə Çin birtərəfli qaydada Everestin hündürlüyünü 8844.04 metr elan etdi (beynəlxalq aləmdə hündürlük 8.848 metr tanınır). Bununla da Nepalla fikir ayrılığı yarandı. Everest dağının hündürlüyündə fərq olduğu üçün Nepal və Çin də sərhəd protokolunu imzalaya bilmirdi.
HolidayNEWS