Karantin rejimində hotellər necə fəaliyyət göstərir?
09dek
GÜNDƏM / OTELLƏR / AGENTLƏR

Karantin rejimində hotellər necə fəaliyyət göstərir?

Hazırda Bakıda böyük hotellərin altısı, kiçik hotellərin isə bir neçəsi fəaliyyət göstərir.

Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, hazırda hotellərdən turizm məqsədilə deyil, yalnız qısa iş səyahətləri üçün istifadə edilir:
“Bəzi şirkətlər karantinlə əlaqədar işçilərini iki həftə ərzində hotellərdə yerləşdirirlər. Buna görə də hotellərdən hazırda daha çox karantin məqsədilə, korporativ qonaqlar üçün istifadə edilir”.
G.Sağlam əlavə edib ki, hazırda Bakıda hotellər çox az sayda fəaliyyət göstərdiyindən və qonaq sayı çox az olduğundan bu yerləşdirmə müəssisələrinin dolma faizi ən yüksək halda noyabrda 10-11 faiz olub. Lakin günlərdən asılı olaraq, bu göstərici dəyişə də bilir.
AHA rəsmisi sərt karantin qaydalarının tətbiq edildiyi Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında hotellərin ümumiyyətlə fəaliyyət göstərmədiyini də söyləyib.
O qeyd edib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadıldığından həmin müddətədək hotellərə turların təşkili də mümkünsüzdür.
HolidayNEWS